İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir”

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir”

25.06.2016

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanıİlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistanın şərtləri qəbul edilmədi. Sankt-Peterburq görüşünün müsbət nəticələri var”.

Prezident İlham Əliyev bildirib ki, ordu quruculuğuna bundan sonra da xüsusi diqqət yetiriləcək: “Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir”.