İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” filminin premyerası dünya mediasında

Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” filminin premyerası dünya mediasında

04.07.2014 

Litvalı prodüser Aleksandr Brokas və amerikalı prodüser Cerald Rafşunun ərsəyə gətirdikləri, Xocalı soyqırımından bəhs edən “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin Londonda keçirilmiş premyerası ilə bağlı informasiya dünyanın 345 onlayn xəbər portalında, o cümlədən maliyyə və Hollivud saytlarında yayılmışdır. Onlar arasında “Hollywood Industry” portalını, “The Wall Street Journal’s MarketWatch” informasiya xidmətini, “Boston Globe”, “The International Business Times” qəzetlərini və 50 milyondan çox oxucusu olan “Yahoo Finance” portalını qeyd etmək olar.

Xatırladaq ki, filmin premyerası iyulun 1-də Londonda, Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin premyerasında olmuşdur.

 

Yahoo! Finance Link to Release

United States

Portal

Other

51,804,000

Wall Street Journal MarketWatch Link to Release

United States

News & Information Service

Financial

758,000

Hollywood Industry (Digital Media Online) Link to Release

United States

Trade Pub

Tech

N/A

Boston Globe Link to Release

United States

Newspaper

Media & Information

561,000

International Business Times Link to Release

United States

Newspaper

Media & Information

329,000