İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil

Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil

30.06.2016

Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Trend-in arka.am saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasında artıq iki ay vaxt keçib: "Düşünürəm ki, hamı - təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası riski bir o qədər artır".

Ştaynmayerin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır.

“Mən yalnız onu deyə bilərəm ki, baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimini sabitləşdirə bilək. Biz həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”, - deyə Ştaynmayer bildirib.