İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya və Almaniya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Rusiya və Almaniya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

03.07.2016

Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivlərini, eləcə də Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə "Normand formatı"nda işi müzakirə ediblər.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir.

Məlumatda qeyd olunur: “Ukrayna böhranının aradan qaldırılması yolları üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı “Normand formatı”nda işə, eləcə də almaniyalı nazirin ATƏT-in sədri kimi Yerevana və Bakıya səfərlərinin yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivlərinə xüsusi diqqət ayrılıb”.