İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın ATƏT PA-nın komitə iclasında aprel hadisələri ilə bağlı təklif etdiyi qətnaməyə düzəliş rədd edilib

Ermənistanın ATƏT PA-nın komitə iclasında aprel hadisələri ilə bağlı təklif etdiyi qətnaməyə düzəliş rədd edilib

03.07.2016

Tiflisdə  keçirilən ATƏT Parlament Assambleyasının (PA) Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri  Artaşes Qeqamyanın aprel hadisələri ilə bağlı komitənin qəbul edəcəyi qətnaməyə təklif etdiyi düzəliş qəbul edilməyib.

APA-nın məlumatına görə, A. Qeqamyan aprel döyüşlərində təmas xəttində Azərbaycan Silahlı Qüvvələrin daxilində İŞİD üzvləri döyüşdüyünü və və onların erməni əsgərlərinin başını kəsdiyini iddia edib.

Komitədə məruzəçi olan İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Sederfelt tərəfindən təklif qəti olaraq rədd edilib və düzəliş komitə iclasında qəbul olunmayıb.