İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

04.07.2016

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.

"Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə ediblər", məlumatda deyilir.

Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib. 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. QrupATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.