İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Beynəlxalq Böhran Qrupu: Azərbaycanın işğal olunmuş ərazilərini tezliklə qaytarmaq lazımdır

Beynəlxalq Böhran Qrupu: Azərbaycanın işğal olunmuş ərazilərini tezliklə qaytarmaq lazımdır

05.07.2016

Trend:

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi eskalasiyanın xarakteri tammiqyaslı münaqişə təhdidinə işarə edir. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun hesabatında deyilir.

Hesabatda deyilir: "Döyüşlərdə raket kompleksləri, ağır artilleriya, tanklar, pilotsuz uçuş aparatları və yaxşı hazırlanmış xüsusi təyinatlı qüvvələrdən istifadə edən Azərbaycan strateji vacib əraziləri qaytardı".

Hesabat müəlliflərinin fikrincə, Dağlıq Qarabağ münaqişəsində hərbi eskalasiyanın bərpa edilməsi aprel döyüşlərindən daha da dağıdıcı olacaq.

Hesabatda qeyd edilir ki, Rusiya bu münaqişədə özünü regional hakim kimi görür: "Türkiyənin isə Azərbaycanla hərbi əməkdaşlığı, vacib enerji tərəfdaşlığı və sıx siyasi və iqtisadi əlaqələri mövcuddur. Aİ Minsk qrupuna güclü siyasi dəstəyi davam etdirməlidir. Bundan başqa, Aİ gələcəkdə münaqişə həll olunduqdan sonra əhəmiyyətli ekspert və maliyyə töhfəsi verə biləcəyini də planlaşdırmalıdır".

Hesabat müəllifləri əlavə ediblər ki, Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq üzrə koordinasiya edilmiş fəaliyyətə mümkün qədər tez başlamaq lazımdır.