Mövzuya dair digər materiallar:
Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb
Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Serj Sarkisyan istefaya gedib
Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
05.07.2016
"Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyronun da qeyd etdiyi kimi, Fransa Dağlıq Qarabağ üzrə görüş təşkil etməyə hazırdır".
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili ilə bağlı APA-nın Avropa müxbirinin sorğusuna cavab olaraq bildirilib.
XİN-dən qeyd ediblər ki, görüşün formatı, yeri və tarixinin təyin edilməsinə dair Minsk qrupunun üç həmsədri ilə Azərbaycan və Ermənistan hökumətləri arasında məsləhətləşmələr davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.