İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Ermənistandakı səfiri: “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nizamlanmanın 6 elementindən biridir”

ABŞ-ın Ermənistandakı səfiri: “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nizamlanmanın 6 elementindən biridir”

08 07.2014

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib. APA-nın xəbərinə görə, C. Heffern bunu “News.am” saytına açıqlamasında deyib.

Səfir bildirib ki, bu rayonların ilk növbədə qaytarılmasından söhbət getmir: “Bu, münaqişəni yekun həlli çərçivəsində nəzərdə tutulur. Razılaşdırılmış 6 elementə əsasən Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək. Sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılacaq. Mənim sözlərimdə yeni heç nə yoxdur”.

Həmin ərazilərin geri qaytarılmasının müqabilində erməni tərəfinə təhlükəsizlik təminatı verilməsini vacibliyi barədə sualı cavablandıran diplomat bildirib ki, 6 elementə beynəlxalq sülhməramlı qüvvələr də daxildir: “Hansı təşkilatların və ya ölkələrin qüvvələrinin sülhməramlı missiyaya cəlb olunacağı tərəflər arasındakı danışıqların predmetidir. Əlbəttə, erməni tərəfinin əraziləri qaytarmasından əvvəl müəyyən təhlükəsizlik təminatlarının və beynəlxalq sülhməramlı qüvvələrin olması  vacibdir”.