İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər

Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər

07.07.2016

Trend:

Qarabağ Azərbaycanın mədəni xəzinəsi və ürəyidir. Trend-in məlumatına görə, bu barədə ABŞ-dakı Qarabağ fondunun icraçı direktoru Diana Altman məqaləsində yazır.

O qeyd edir ki, hazırda Qarabağın əsl mədəniyyəti məhv edilib və qarət olunub: "Ermənilər ABŞ-dakı diasporanın aktiv fəaliyyəti sayəsində Qarabağ münaqişəsi ilə bağlı öz baxışlarını bütün dünyaya sırıyıblar".

D.Altman oxucularına UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınan Azərbaycan muğamı, son Şuşa xanının qızı, şairə Xurşidbanu Natəvanın fəaliyyəti, hazırda işğal altındakı Qarabağdan olan tanınmış bəstəkar Üzeyir Hacıbəyov barədə məlumat verir.

O hesab edir ki, mədəniyyət diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya bilər.