İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi irəliləyişə xidmət edə bilər

NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi irəliləyişə xidmət edə bilər

09.07.2016

NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər.

Bu barədə Trend-ə tanınmış alman ekspert Aleksandr Rar deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemini həll etmək üçün bu imkanı əldən buraxmaq olmaz, İstənilən dialoq, üstəlik Avropa ictimaiyyətinin dəstəyi ilə baş tutan dialoq doğrudur.

Eyni zamanda ekspert hesab edir ki, NATO deyil, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əsas mühərriki olmalıdır. Çünki NATO-nun bu bölgə ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, apreldə Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra beynəlxalq ictimaiyyət başa düşür ki, bu münaqişənin həllinə daha çox diqqət yetirmək lazımdır.