İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sergey Markov: Qarabağ münaqişəsinin həllində ciddi sıçrayış gözlənilir

Sergey Markov: Qarabağ münaqişəsinin həllində ciddi sıçrayış gözlənilir

12.07.2016

Dağlıq Qarabağ üzrə danışıqların fəallaşması yaxın vaxtlarda münaqişənin həllində ciddi sıçrayışa gətirib çıxaracaq.

Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşmələri və danışıqlarının nəticəsi Ermənistan sərhədlərinin təcriddən azad edilməsi müqabilində Azərbaycan ərazilərinin işğalının dayandırılması ola bilər.

Ekspert qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və artiq bu il ilk azərbaycanlı ailələr doğma yurdlarına qayıda biləcəklər.