İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikanın məşhur fotojurnalisti “Many Happy Returns” kampaniyasına dəstək verib

Amerikanın məşhur fotojurnalisti “Many Happy Returns” kampaniyasına dəstək verib

10.07.2014

Dünyanın məşhur fotojurnalistlərindən biri www.manyhappyreturnsidp.com. internet səhifəsində “Many Happy Returns” (MHR) kampaniyasını dəstəklədiyini ifadə edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Nyu-Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini foto lentə almağa sərf edib. “VII Photo” agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında dərc olunub.

Ed Kaşi digər mükafatları ilə yanaşı, 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi, 2010-cu ildə isə ilin “UNİCEF Photo” mükafatçısı olub və “Prize Pictet” qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 foto kitabı dünyanın dörd bir yanını dolaşıb, “Fotojurnalistika” adlı son kitabı bu sahədə çalışanların istinadgahına çevrilib.

Ed Kaşi bu yaxınlarda Azərbaycanın müxtəlif yerlərində yerləşən dörd düşərgədə yaşayan qaçqın və məcburi köçkünlərin çətin həyat tərzini sənədləşdirməklə “Həyata keçməyən arzular” adlı layihəni həyata keçirib. “Mən bunu öz gözlərimlə görmüşəm – həqiqətən də ürək göynədən bir vəziyyətdir. Məcburi köçkünlərin acınacaqlı vəziyyətini işıqlandıran kampaniya həyata keçirmək yaxşı ideyadır”, - deyə o, söyləyib.

Böyük Britaniyada təşkil edilmiş MHR kampaniyasının məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdır. Kampaniyanın başlığı “Many Happy Returns” deyə ingilissayağı təbrik mesajının əsasında seçilib ki, bu, eyni zamanda öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə “Dünya Qaçqınlar Günü”nün əvəz edilib “Dünya Qaçqın və Məcburi Köçkünlər Günü” kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.