İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylər göstərilir”

Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylər göstərilir”

17.07.2016

ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda oynadığı liderlik roluna görə təşəkkürünü bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Con Kerri bunu Rusiya XİN başçısı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Mən bir müddət əvvəl Varşavada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirdim. Nikbinik ki, bu dondurulmuş münaqişənin nizamlanması üçün səylər göstərilir. Aydındır ki, tərəflər yeni zorakılığın tətbiqinin marağında deyillər. Şübhə etmirəm ki, Rusiya, ABŞ və Fransanın dəstəyi ilə irəlləyiş üçün potensial mövcuddur. Sergey Lavrovla mən bu münaqişənin həlli ilə bağlı məsləhətləşmələri davam etdirəcəyik. Uzun müddətli və permanent nizamlanmaya səy göstərmək üçün biz, hər iki ölkənin prezidentləri ilə daim əlaqədəyik".-deyə ABŞ dövlət katibi qeyd edib.