İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsveçrə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etməyə hazırdır

İsveçrə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etməyə hazırdır

19.07.2016

“İsveçrə Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə etmək üçün Ermənistan və Azərbaycanın ATƏT Parlament Assambleyasındakı  nümayəndə heyətlərini İsveçrəyə dəvət edərək vasitəçi rolunu oynamağa hazırdır”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Filippo Lombardi bildirib.

F. Lombardi deyib ki, ölkəsi münaqişənin mümkün gərginləşməsindən narahatdır: “Bu "dondurulmuş" adlandırılan münaqişələrdə təəssüf ki, münaqişə aktiv fazaya  keçə bilir. Hər iki tərəfdən insanlar ölür və beynəlxalq monitorinq olmadan ölüm hallarına görə kimin məsuliyyət daşıdığını söyləmək mümkün deyil. Bizim mövqeyimizi belədir: hər iki ölkə, hər iki xalq, həm Ermənistan, həm də Azərbaycan prezidentləri görüşməli və bu çıxılmaz vəziyyətə son qoymaq üçün yeni dialoqa başlamalıdırlar. Rusiya prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycan prezidentlərinin Sankt Peterburqda görüşünü təşkil etməsi müsbət addımdır. Bu, yeni eranın başlanğıcı ola bilər”.

F. Lombardinin sözlərinə görə, İsveçrə ATƏT PA çərçivəsində vasitəçi rolunu oynamağa hazırdır: “ İsveçrə tərəfi vasitəçi rolunu oynamaq istəyir, lakin sülhə məcbur etmək niyyətində deyil”.