İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə və Gürcüstan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir

Türkiyə və Gürcüstan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir

20.07.2016

Türkiyə və Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması prinsipinə sadiqdirlər.

Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ankarada Türkiyənin Baş naziri Binəli Yıldırım gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

B.Yıldırım 3 ay əvvəl Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı narahatlığını ifadə edib.