İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün avqustda keçirilməsi müzakirə olunur”

Səfir: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün avqustda keçirilməsi müzakirə olunur”

22.07.2016

"Hazırda bu ilin avqustun Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Qarabağa dair görüşün baş keçirilməsi müzakirə edilir".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən Ermənistan-Amerika Universitetində  həmsədrlərin Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün nə zaman olacağına dair sualı cavablandırarkən deyib. Səfir prezidentlərin görüşünün dəqiq tarix və məkanının bəlli olmadığını qeyd edib.