İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq

Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq

29.07.2016

“Ukraynadakı böhran və ATƏTməkanındakı həlli uzanmış münaqişələr (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri), miqrant və qaçqın axını, Aralıq dənizinin cənub sahillərində olan ölkələrlə gücləndirilmiş tərəfdaşlıq ATƏT-ə sədrliyimiz dövründə gündəliyimizdə əsas yer tutan məsələlər olacaq”.

APA-nın xəbərinə görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildə ATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib.

P. Centiloni qeyd edib ki, İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkənin Avropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir.

Qeyd edək ki, ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.