İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır" - Səfirlik

02.08.2016

İsrailin Azərbaycandakı səfirliyi İsrail Knessetində komitənin qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılmış məlumata münasibət bildirib.

Səfirlikdən "Report"a bildirilib ki, İsrail Knessetinin Təhsil, Mədəniyyət və İdman Komitəsinin qərarına baxmayaraq, İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Səfirlik bu məsələnin tarixçilərə aid olduğunu və siyasi müzakirə mövzusu olmasına ehtiyac duyulmadığını vurğulayıb.