İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Həsən Ruhani: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik

Həsən Ruhani: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik

07.08.2016

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Azərbaycan və İran arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.

Prezident Həsən Ruhani deyib ki, görüş zamanı biz Dağlıq Qarabağ məsələsilə bağlı da danışıqlar apardıq: "Son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq. Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimizdən gələni əsirgəməyəcəyik".