İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur

Azərbaycan XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur

08.08.2016

Trend:

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur. Trend-in məlumatına görə, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İran və Rusiyadan olan həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib: "Rusiya Prezidenti Vladimir Putinlə bugünkü danışıqlar zamanı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib. Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekununa dair qəbul edilmiş bəyannamədə həll olunmamış münaqişələr və onların inkişafa əngəl yaratmasından narahatlıq qeyd olunub".

Xarici işlər nazirinin sözlərinə görə, münaqişə beynəlxalq prinsip və normalara uyğun həll olunmalıdır.