İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var

11.08.2016

Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var. Trend "Akşam" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər.

Ərdoğan deyib: "Bütün dünya bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Və əgər hamı bunu bilir, etiraf edirsə, onda bu işğala nə üçün son qoyulmasın?"

Ərdoğan qeyd edib ki, 23 ildən artıq bir müddət ərzində ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilməyiblər.

Türkiyə Prezidenti vurğulayıb: "Hazırda Rusiya Prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir".