İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Uorlik: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü hazırlayır

Uorlik: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü hazırlayır

17.08.2016

Trend:

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Sankt-Peterburqda iyunun 20-də Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda baş tutub. Ondan öncə isə iki ölkə prezidenti mayın 16-da Venada görüşüblər.

C.Uorlikin sözlərinə görə, həm Vena, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər.

Amerikalı həmsədr qeyd edib: “Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk”.