İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilərin Kəlbəcərdə girov götürdüyü Dilqəm Əsgərovun ailəsi BQXK-nın Azərbaycan nümayəndəliyinə müraciət edib

Ermənilərin Kəlbəcərdə girov götürdüyü Dilqəm Əsgərovun ailəsi BQXK-nın Azərbaycan nümayəndəliyinə müraciət edib

15.07.2014

Dilqəm Əsgərovun ailəsi onun diversant olduğu barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə APA-ya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Onun sözlərinə görə, atasının Ermənistan tərəfindən saxlanılması barədə xəbəri internetdən oxuyub: “Atam həmişə Rusiyaya gedib-gələn adam olub. Biz elə bildik ki, yenə Rusiyaya gedib. Sonra internetdən öyrəndik ki, atam öz doğulub boya-başa çatdığı Kəlbəcər rayonuna gedib. Yəni heç bir diversiyadan söhbət gedə bilməz”.

K.Əsgərov atasının saxlanılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etdiklərini söyləyib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.