İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Almaniyada Xocalı abidəsinin ucaldılması təklif olunub

Almaniyada Xocalı abidəsinin ucaldılması təklif olunub

23.08.2016

Trend:

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçiriliən yerli deputatların toplantısında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Y.Niftəliyev toplantı iştirakçılarına Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı haqqında ətraflı məlumat verib.

Cəmiyyət sədri sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.

İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.

Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti əyalətdəki Xarici Vətəndaşlar İttifaqına uzv secilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı faciəsinə həsr olunmuş kik-boks yarışı və digər əhəmiyyətli tədbirlər var.