İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Alman deputat: Beynəlxalq ictimaiyyət eskalasiyanın qarşısını almağa qadir olmalıdır

Alman deputat: Beynəlxalq ictimaiyyət eskalasiyanın qarşısını almağa qadir olmalıdır

23.08.2016

Almaniya və onun tərəfdaşları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının yenidən danışıqlar masasına qayıtması üçün əlindən gələni etməlidirlər.

Trend-in məlumatına görə, Almaniya Bundestaqının deputatı professor. dr. Eqon Yüttner  Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusuna cavabında deyib.

Almaniyalı deputat bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətmanələrinin icrası birmənalıdır və bu sənədlərdə münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir: "Almaniya bu qətnamələri dəstəkləyir. Almaniya üçün dövlətin ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz və mütləq xarakter daşıyır. Xüsusilə, Qafqazda ərazi bütövlüyü məsələsində bir çox hallarda heç bir zəmanət yoxdur. Abxaziya, Cənubi Osetiya, Krım və Dağlıq Qarabağ kimi münaqişələr misal göstərilə bilər. Əfsuslar olsun ki, Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiyası ilə bağlı mübahisəli məsələlərin nizamlanması sülh yolu ilə həllini tapa bilməyib."

 Dr. Egon Jüttnerin sözlərinə görə, bütün bunlar mülki əhali üçün faciəvi fəsadların yaranmasına səbəb olur:  "Biz ənənəvi olaraq həm Azərbaycan, həm də Ermənistanla sıx münasibət saxladığımız üçün münaqişənin dinc yolla həlli ilə bağlı öhdəliyin genişləndirilməsinə tərəfdarıq. Buna rəğmən, son illər baş verənləri nəzərə alaraq, münaqişənin tez bir zamanda həll olunacağına şübhə edirəm. Gələcəkdə, beynəlxalq ictimaiyyət istənilən eskalasiyanın qarşısını almağa qadir olmalıdır. Ona görə ki, bu, bütün regionda sabitliyə təhlükə yaradır və təsirə məruz qalan ölkələrdə iqtisadi və sosial inkişafı əngəlləyəcəkdir. Almaniya bu münaqişəni alovlanmasına səbəb olacaq  istənilən  təxribatı qətiyyətlə pisləyir. Bu cür münaqişələrdə hər zaman olduğu kimi, əsas qurban mülki əhalidir. Buna görə də, mən, Ermənistanın aprel ayında həyata keçirdiyi hərbi həmləni pisləyirəm. Siyasi cəhətdən rasional hərəkət edən və düşünən hər kəsə aydın olmalıdır ki, bu münaqişə savaşla həll oluna bilməz. Bu məsələnin həllinə sadəcə danışıqlar masası arxasında nail olunacaq. Almaniya və onun tərəfdaşları münaqişə iştirakçılarının yenidən danışıqlar masasına qayıtması üçün əlindən gələni etməlidirlər”.