İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ştaynmayer: ATƏT XİN başçıları sabah Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Ştaynmayer: ATƏT XİN başçıları sabah Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

31.08.2016

Trend:

ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Görüş sentyabrın 1-də Potsdamda keçiriləcək.

Onun sözlərinə görə, dünyanın bürüyən indiki böhran vəziyyətində ATƏT-in rolu heç vaxt olmadığı qədər mühümdür: "Bura Ukraynanın şərqi, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər böhran vəziyyətləri aiddir".

Nazir qeyd edib ki, Almaniya nümayəndə heyəti Potsdamda bütün bu vacib mövzuları, eləcə də beynəlxalq terrorçuluq və qaçqınlar məsələlərini müzakirə etməyi planlaşdırır.