İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

The New York Times: Ermənistan Qarabağda qadağan olunmuş kaset bombalarından istifadə edib

The New York Times: Ermənistan Qarabağda qadağan olunmuş kaset bombalarından istifadə edib

01.09.2016

Trend:

Hələ II Dünya müharibəsi dövründə istifadə edilən kaset bombaları 2008-ci ildə qəbul edilən beynəlxalq müqaviləyə müvafiq olaraq qanundan kənar elan edilib.

Trend-in "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, "Landmine and Cluster Munition Monitor" təşkilatının hesabatında bildirilir ki, Suriya, Yəmən və Dağlıq Qarabağ münaqişələrində bu silahdan istifadəyə davam edilib.

Hesabatda deyilir ki, kaset döyüş sursatları apreldə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunda münaqişənin eskalasiyasında istifadə olunub.