İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ohanyan: “Kəlbəcərin bütün yolları minalanacaq”

Ohanyan: “Kəlbəcərin bütün yolları minalanacaq”

17.07.2014

“Kəlbəcərə gedən bütün yollar minalanacaq”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib.

Nazir hökumətin bu gün keçirilən iclasında Kəlbəcərə Azərbaycandan gələn bütün yolların hamısının tapılaraq minalanacağının şərt olduğunu bildirib. O, bununla da xalqın orduya olan inamını artıracaqlarını deyib.

Qeyd edək ki, Ermənistan tərəfi hələ də Azərbaycanı Kəlbəcərə diversant göndərməkdə günahlandırır. Hazırda iki azərbaycanlı erməni hərbi birləşmələrinin girovluğundadır. Əsir olan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğu bildirilir. Azərbaycan əsir düşmüş şəxslərlə bağlı Qırmızı Xaç cəmiyyətinə müraciət edib.