İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov BQXK-nın Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edib

Əli Həsənov BQXK-nın Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edib

18.07.2014

Ağdam. Teymur Zahidoğlu - APA. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edildiyini açıqlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ə. Həsənov bildirib ki, Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bir həftə ərzində görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır: “Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər... Zəhmət çəkib tədbir görsünlər”.