Mövzuya dair digər materiallar:
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Serj Sarkisyan istefaya gedib
Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
21.07.2014
AzərTAc xəbər verir ki, İtaliyanın “Daily Cases” internet portalında dərc edilmiş “Dağlıq Qarabağla bağlı “mətbuatın susqunluğu” sərlövhəli məqalədə Trans-Adriatik boru kəməri və Azərbaycanın Roma şəhərindəki Fori İmperialidə bərpa işlərinə vəsait ayırmaq niyyətinin səfərlə bağlı mətbuatda ən çox işıqlandırılan mövzular olduğu bildirilir.
Müəllif yazır ki, Azərbaycanın Roma şəhərindəki Fori İmperialidə bərpa işlərinə vəsait ayırmaq niyyəti ölkənin və onun xalqının təkcə İtaliya deyil, bütün bəşəriyyətə aid mədəniyyətin və abidələrin qorunması məsələsinə həssaslığını və hörmətini təsdiq edir. Bu vacib məsələlər haqqında danışılması və onların təşviq olunması təqdirəlayiqdir. Təqdir olunmayan isə odur ki, digər məsələlərlə müqayisədə maksimum üstünlük verilməli olan mövzular var ki, onlar haqqında alçaq səslə danışılır, bəzən isə üzərindən keçilir, xüsusən də belə vacib məqamlarda. Çünki Avropanın bir çox ölkələrində olduğu kimi, İtaliyada da Dağlıq Qarabağ münaqişəsi haqqında az danışılır. Çox güman ki, İtaliya əhalisinin əksəriyyəti Dağlıq Qarabağ haqqında heç nə bilmir. Heç bilmirlər ki, söhbət harada yerləşməsi haqqında təsəvvürləri belə olmayan yer adından gedir. Ancaq insanlar bilmək istəyirlər, bilməlidirlər də.
Məqalədə deyilir: “Mən Dağlıq Qarabağ münaqişəsinin “unudulmuş münaqişə” olması haqqında çox eşitmişəm, ancaq həqiqət başqadır. Həqiqət ondan ibarətdir ki, bu münaqişə haqqında danışılmır. Bəlkə münaqişəyə cəlb olunmuş ölkələrdən birinin əhalisi xristiandır, ona görə?! Ancaq biz italyanlar heç vaxt öz dostlarımızı onların mənsub olduğu dinə görə seçmirik. Bəlkə biz iki tərəfdən heç birini narazı salmaq istəmirik?! Ancaq bu vəziyyət hər bir halda beynəlxalq hüquqa, hər şeydən öncə isə həqiqətə zərər yetirir. Həqiqət isə odur ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin nəticəsi olaraq bu gün Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Bu, danılmaz faktdır. Danılmaz faktdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizi 20 ildən artıqdır ki, ermənilər tərəfindən işğal olunub, baxmayaraq ki, beynəlxalq təşkilatlar dəfələrlə Ermənistana işğalçı qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmaqla bağlı xəbərdarlıq edib. Bu, bir faktdır ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri çoxlu sayda mülki şəxsi - 106-sı qadın, 63-ü uşaq olmaqla 613 nəfəri qətlə yetirərək Xocalı şəhərinin demək olar ki, bütün əhalisini qırdılar. Bütün bunlar əsaslı faktlardır, lakin biz bu haqda danışa bilmirik. Dağlıq Qarabağ məsələsi daha geniş məsələdir və əlbəttə ki, onun haqqında bir neçə sətirlə danışmaq olmaz. Lakin bu haqda danışmaqdan qorxmaq lazım deyil. Müasir tariximizin bu böyük faciəsi arxasında gizlənən sükutdan qorxmaq lazımdır. Sükut ən təhlükəli silahdır, onun arxasında hər şeyi dəyişilməz saxlamaqla unutqanlığadək gətirib çıxarmağa çalışırıq. Bir xalqın, millətin tarixində, həmçinin öz yaxınlarını, evlərini, ləyaqətini, bir sözlə, hər şeyini bir anda itirən qardaş, bacılarının həyatında yer alan bu açıq yaranı bir anda unuda biləcəyini necə düşünə bilərsiniz?!”
Yazıda diqqətə çatdırılır ki, ötən həftələrdə Prezident İlham Əliyev iki mühüm tədbirdə - Strasburqda Avropa Şurasının Parlament Assambleyasında və ATƏT Parlament Aassambleyasının Bakıda keçirilən iclasında beynəlxalq ictimaiyyət qarşısında çıxış edərək xalqının çəkdiyi əziyyətləri, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin çətin şəraitini xatırladıb. Azərbaycan Prezidenti hər şeydən əvvəl xatırlatdı ki, BMT-nin 4 qətnaməsinə, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və hətta ABŞ, Rusiya, Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun qərarlarına baxmayaraq, ermənilər beynəlxalq hüququ pozmaqda davam edirlər, beləliklə də Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək yaşanan acını daha da artırırlar. Bu mövzu ilə bağlı “mətbuatın susqunluğu” istər-istəməz mətbuatı bu böyük ədalətsizliyin ortağına çevirir.