İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində yanğınlar törədib

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində yanğınlar törədib

22.09.2016

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün erməni silahlı qüvvələrinin müxtəlif qoşun birləşmələrinin Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirdiyi təlimlər başa çatandan sonra böyük bir sahə yandırılıb.

Yanğınlar işğal altında olan Ağdam şəhərinin ətrafına qədər yayılıb. Cəbhəyanı kəndlərdən yanğınları müşahidə etmək mümkündür.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdiriblər. Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçiriblər.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə olunub.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərindən eşidilib.