İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsrailin Akko şəhərinin meri: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir"

İsrailin Akko şəhərinin meri: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir

22.09.2016

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir". APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Akko şəhərinin meri Şimon Lankri deyib. 

O bildirib ki, Akko şəhərində tez-tezXocalı faciəsinə həsr olunmuş  tədbirlər keçirilir: “Ermənilər dəfələrlə mənə yazıblar və bu tədbirlərin keçirilməsinə etiraz ediblər. Lakin mən birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycana dəstək verməkdə davam edəcəyəm. Ermənilər tərəfindən heç bir təhdid və ya məktub mənim mövqeyimi dəyişə bilməz”.

O həmçinin qeyd edib ki, Akko azərbaycanlı icmanın ən çox yaşadığı şəhərlərdən biridir: "Yəhudilər Azərbaycanın müdafiəsi uğrunda qan töküblər. Bizim Albert Aqarunov adlı Milli Qəhrəmanımız da var. Onun qardaşı hazırda burada yaşayır. Anası burada dəfn olunub”.

Ş. Lankri Azərbaycana 2015-ci ildə səfər etdiyini deyib, Quba şəhərindəki "Krasnoya Slaboda" qəsəbəsinə getdiyini bildirib. Mer Akko ilə Qubanın qardaşlaşmış şəhərlər olmaq barədə razılaşma əldə etdiklərini də diqqətə çatdırıb: “2017-ci ildə bu razılaşmanın imzalanmasına hazırlıq gedir. Gələn ilin may-iyun aylarında Azərbaycan prezidentinin müşaviri Kamal Abdullanın dəvəti ilə Bakıya səfər edəcəyik”.

Mer hazırda Akko şəhərində “Azərbaycan evi”nin inşa edildiyini də bildirib.