İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsrail XİN: Qarabağda sülh olsa, regionun iqtisadi potensialı güclü olacaq

İsrail XİN: Qarabağda sülh olsa, regionun iqtisadi potensialı güclü olacaq

23.09.2016

“Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesi izləyirik”.

APA-nın İsrailə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri, İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz deyib.

Onun sözlərinə görə, İsrail həqiqətən inanır və ümid edir ki, yeganə həll yolu sülh yoludur: "Regionda belə bir təcrübəmiz olub. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun başçılığı ilə beynəlxalq səylər uğurlu olacaq və biz bu səyləri dəstəkləyirik. İsrailin Ermənistanla da yaxşı münasibətləri var. Biz sülh istəyirik. Əgər sülh olarsa, regionun iqtisadi potensialı güclü olacaq".

Keçmiş səfir İsraildə Azərbaycan səfirliyinin açılmasından çox məmnun olacaqlarını bildirib: "Biz danışıqlar aparırıq. Lakin yekun qərarı Azərbaycan hökuməti verməlidir". 

Səfir baş nazir Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinə toxunaraq İsrail hökumətinin bu səfərin reallaşmasında maraqlı olduğunu bildirib.