İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

29.09.2016

“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalısoyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb: “ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşıdırıcı missiya göndərib. Şəhərlərin infrastrukturu, məscidlər dağıdılıb, qəbiristanlıqlar buldozerlərlə məhv edilib. Biz isə Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik”.

Prezident İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur: “Ermənistan buna məhəl qoymur, bu isə böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa ParlamentiATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası da belə qərar və qətnamələr qəbul edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”.