İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cibuti Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyib

Cibuti Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyib

21.07.2014

APA-nın verdiyi xəbərə görə, bəyanatda Cibuti hökumətinin işğal olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab etdiyi bildirilir.

İslam Əməkdaşlıq Təşkilatının, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin xatırlandığı bəyanatda işğal altındakı Azərbaycan ərazilərində yerləşən arxeoloji, mədəni və dini abidələrin talan edilməsi və dağıdılması kəskin şəkildə pislənilir.

Bildirilir ki, rəsmi Cibuti BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, həmçinin BMT Baş Məclisinin A/RES/62/243 saylı qətnaməsinin tam icrasını və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını, rəsmi Yerevanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımasını qəti şəkildə tələb edir.

Cibuti hökuməti, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsiplərinə hörmət əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır.