İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa olunmalıdır”

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa olunmalıdır”

30.09.2016

Milli Məclis sədrinin birinci müaviniZiyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Z. Əsgərov bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri ABŞ olub.

O qeyd edib ki, bu gün Azərbaycan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdır: “ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Hazırda Azərbaycan öz tolerantlığı ilə seçilən ölkələrdəndir. Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar – pravoslavlar və katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır”.

Z. Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyiXocalı soyqırımı barədə də məlumat verilib. Görüşdə ABŞ qanunvericilərini maraqlandıran suallara aydınlıq gətirilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.