İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ombudsman: Ermənistan vətəndaşlarımızın hüquqlarını məhdudlaşdırır

Ombudsman: Ermənistan vətəndaşlarımızın hüquqlarını məhdudlaşdırır

30.09.2016

Ermənistan tərəfi atəşkəs rejimini pozmağa davam edir ki, bu da təmas xətti yaxınlığında yaşayan Azərbaycan vətəndaşlarının bəzi hüquqlardan istifadəsini məhdudlaşdırır.

Trend-in məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova V Bakı Beynəlxalq Humanitar Forumunda deyib.

O bildirib: "Ermənistan torpaqlarımızı işğal etdikdən sonra, yəni təqribən 25 il əvvəl qaçqınlarla problemimiz başladı. Azərbaycanda qaçqınlar digər vətəndaşlar kimi eyni hüquq və imkanlara malikdirlər".

E.Süleymanova qeyd edib ki, Azərbaycan enerji resurslarının satışından gəlirlər əldə etməyə başlayandan sonra qaçqın düşərgələrinin sakinləri məskunlaşdırıldı, insanlara yeni mənzil verildi.