İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın Armavir şəhərinin merinin avtomobili Kəlbəcərdə minaya düşüb, sürücü ölüb, mer və daha iki nəfər yaralanıb

Ermənistanın Armavir şəhərinin merinin avtomobili Kəlbəcərdə minaya düşüb, sürücü ölüb, mer və daha iki nəfər yaralanıb

22.07.2014

Ermənistan Ordusunun işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Armavir şəhərinin merinin «Villis» markalı maşını bu gün Kəlbəcər rayonunun şimalında minaya düşüb.

İlkin məlumatlara görə, mina partlayışı nəticəsində avtomobilin sürücüsü ölüb. Müxtəlif qəlpə yaraları almış Armavirin meri Ruben Xlqatyan və daha iki nəfər isə helikopterlə İrəvana aparılıb.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan «diversantlarının» hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını açıqlamışdı.

“Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür”, - deyə Ohanyan bildirib.