İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağa dair bəyanat verib

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağa dair bəyanat verib

04.10.2016

ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo brifinq zamanı bildirib.

O deyib: "Biz ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərlə fəal işləməyi davam etdiririk. Bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsinin özünü Helsinki Yekun Aktının prinsiplərində əks etdirən gücün tətbiq olunmaması, ərazi bütövlüyü kimi beynəlxalq hüquqa əsaslanan ədalətli həllinə yönəlib."