İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ukraynanın Bakıdakı səfiri: "Həll olunmamış münaqişələrdə status-kvo qəbuledilməzdir"

Ukraynanın Bakıdakı səfiri:

05.10.2016

APA. Bakıda Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr olunan tədbir keçirilib.APA-nın məlumatına görə, tədbirdə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko Azərbaycan dilində çıxış edib.

O qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib: "Bu dəstəyə görə Azərbaycan prezidentinə təşəkkürümü bildirirəm. Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir. Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb".

Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm". Səfir Ukrayna prezidenti Petr Poroşenkonun Azərbaycana səfərini xatırladaraq münasibətlərin gələcək inkişafından da danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovisə iki ölkə arasında münasibətlərdən danışaraq bildirib ki, Azərbaycan həmişə Ukrayna ilə əməkdaşlıqda maraqlıdır.

Tədbir bədii hissə ilə davam edib.