İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan ATƏT-i işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

Azərbaycan ATƏT-i işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

06.10.2016

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyəti təşkilatın öz prinsipləri ilə ziddir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin təşkilatın daimi şurasının iclasında yayılan bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Azərbaycan bununla bağlı öz narazılığını bildirir və xüsusən ATƏT çərçivəsində qəbul olunmuş beynəlxalq öhdəliklərinə uyğun olaraq bu fəaliyyətə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırır.

Sənəddə bildirilir: "Azərbaycan əhalisinə qarşı hüquq və azadlıqların bu cür fundamental pozulması ATƏT öhdəliklərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan dəfələrlə üçüncü ölkənin işğal olunmuş Azərbaycan ərazisində iqtisadi və diğər fəaliyyəti barədə çoxsaylı faktlar təqdim edib".

Nümayəndəliyin bəyanatında qeyd edilir ki, bu qeyri-qanuni fəaliyyət Azərbaycanın işğal olunmuş ərazilərində birbaşa və ya dolayı yolla demoqrafik tərkibi dəyişir, ermənilərin sayı çoxaldılmaqla didərgin düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısı alınır.

«Biz yenidən ATƏT üzvlərini Azərbaycanın işğal olumuş ərazilərində istənilən fiziki və hüquqi şəxslərin fəaliyyətinin qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırırıq".