İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq

XİN: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq

13.10.2016

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinq mexanizminin tətbiq olunması hər hansı faydalı nəticə verə bilməz.

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Turbörn Yaqlandın Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, T.Yaqland AŞ-nın monitorinq missiyalarının münaqişə zonalarına səfər zərurəti barədə danışıb.

H.Hacıyev bildirib ki, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan işğal və təcavüz faktı aradan qaldırılmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır: Xatırlatmaq istərdik ki, AŞPA-nın 2000-ci il tarixli 221-saylı rəyinə əsasən Ermənistan AŞ-ya üzvlüyü çərçivəsində münaqişənin həlli ilə əlaqədar öz üzərinə öhdəliklər götürüb. Münaqişənin həllinə töhfə vermək məqsədilə AŞ məhz bu öhdəliklərin Ermənistan tərəfindən icrasını və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini tələb etməlidir".