İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ xalçaları şüşə üzərində rəsm sənəti ilə yaddaşlara yazılacaq!

Qarabağ xalçaları şüşə üzərində rəsm sənəti ilə yaddaşlara yazılacaq!

14.10.2016

Qarabağ xalçaları şüşə üzərində rəsm sənəti ilə yaddaşlara yazılacaq!

Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün “Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi keçiriləcək. Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, "Park Bulvar" AVM-in, “Sağlam Düşüncə” Gənclər təşkilatının və IB Club Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə Bakı şəhəri Binəqədi rayon Gənclər evində və Park Bulvar AVM-də baş tutacaq.

Belə ki, 14 oktyabr 2016-cı il tarixində saat 17:00-da Binəqədi rayon Gənclər evində layihənin açılış mərasimi keçiriləcək. Növbəti gün, yəni, 15 oktyabr 2016- cı il tarixində saat 16:00-da Bark Bulvar AVM- də əsərlərin sərgisi təşkil olunacaq. 

Layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.

Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatında həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub. Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətinin, xüsusilə Qarabağ xalçaçılıq məktəbinin göz oxşayan ecazkarlığını cəmiyyətə çatdırmaq üçün şüşə üzərində təsvir olnacaq Qarabağ xalçaları gənc həvskar rəssamlar tərəfindən çəkilib

Qeyd edək ki, layihə çərçivəsində ilk sərgi Şəmkir şəhərində fəaliyyət göstərən “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən Müasir İncəsənət Qaleriyasında 28 sentyabr tarixində baş tutub. 

Keçirilmiş layihə haqqında daha ətraflı məlumatı layihənin rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz: https://web.facebook.com/colourfulkarabakh/?fref=ts