İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan ATƏT çərçivəsində Dağlıq Qarabağ rejiminin irəlilməsinə qarşı çıxış edib

Azərbaycan ATƏT çərçivəsində Dağlıq Qarabağ rejiminin irəlilməsinə qarşı çıxış edib

14.10.2016

Azərbaycan təəssüf edir ki, ATƏT-in İnsan ölçüsü məsələləri üzrə iclasın bəzi iştirakçıları Ermənistanın Azərbaycan ərazisində yaradılmış qanunsuz separatçı rejimin inkişafı üçün bu strukturun işində iştirak etmələrindən növbəti dəfə sui-istifadə ediblər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin oktyabrın 13-də Daimi Şuranın xüsusu iclasındakı bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bununla əlaqədar qanunsuz separatçı rejimə aktiv yardım göstərən bəzi QHT-lərin iştirakı ATƏT-in qoruduğu prinsiplərə heç cür uyğun gələ bilməz və müvafiq olaraq bu, ATƏT-in İnsan ölçüsü məsələləri üzrə iclasının məqsədlərinə ziddir.