İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Azərbaycanla Pakistan Kəşmir və Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir”

Prezident İlham Əliyev: “Azərbaycanla Pakistan Kəşmir və Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir”

14.10.2016

“Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub”.

APA-nın məlumatına görə, bunu bu gün Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında  Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurub, bir-birinə dəstək verib: “Ölkələrimiz Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan Kəşmir məsələsinin beynəlxalq qətnamələr əsasında həllinə tərəfdardır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla eyni mövqedən çıxış edir. İşğal səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb, Xocalı soyqırımını tanıyıb.  Azərbaycan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir”.

Azərbaycan və Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ticarət, sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması sahəsində müzakirələrin aparıldığını, ölkələrimiz arasında əczaçılıq, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib”.