İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Tanınmış fransız bəstəkar da “Many Happy Returns” kampaniyasına qoşulub

Tanınmış fransız bəstəkar da “Many Happy Returns” kampaniyasına qoşulub

23.07.2014

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, P. Tiloy 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı durumunu işıqlandırmağa yönəlmiş “Many Happy Returns” (MHR) tədbirini belə şərh edib: “Mən Azərbaycanda tez-tez qonaq oluram və bu ölkə mənim qəlbimdədir. Mən xalqlar arasında barışığa inanıram. Mən vəfat etmiş Xocalı sakinlərinin unudulmaması üçün orkestr üçün yazılmış “Xocalı 613” simfoniyasının müəllifiyəm”.

Qeyd edək ki, “Many Happy Returns” kompaniyasının adı ingilis təbrikindən götürülüb və öz doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaq istəyini xatırladır.

Saytda www.manyhappyreturnsidp.com Azərbaycanın 76 bölgəsində yerləşən qaçqın və məcburi köçkün düşərgələrin yalnız üçündə, tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotoşəkillər yerləşdirilib.

Veb səhifəsi cəmiyyətə BMT-nin “Ümumdünya Qaçqınlar günü”nün “Ümumdünya qaçqın və məcburi köçkünlər günü” kimi tanınmasını dəstəkləməyə imkan yaradır.

Tanınmış fransız bəstəkarı Pyer Tiloy uzun müddətdir, Azərbaycanın incəsənət xadimləri ilə sıx əməkdaşlıq edir. O, Azərbaycana ilk dəfə 2001-ci ildə gəlib və 2003-2005-ci illərdə Fransanın Azərbaycandakı səfirliyində musiqi proqramı ilə çıxış edib.

Tiloyun Bakı səfərləri sonradan “France 2” və “Mezzo” kanallarında yayımlanan “Pierre Thiloy, la Montagne de Feu” adlı sənədli filmində öz əksini tapıb. 2008-ci ildən bəri o, müntəzəm olaraq Azərbaycanı ziyarət edib, Azərbaycan tarixi, mədəniyyəti və musiqisinin öyrənilməsi ilə məşğul olub.

2012-ci ildə AAC-ın təşəbbüsü ilə P. Tiloy Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli qırğını olan Xocalı qətliamının 613 qurbanının xatirəsinə simfoniya bəstələyib. Fransız sənətkarın bəstələdiyi “Xocalı 613” simfoniyası 2013-cü ildə Paris və Londonda AAC-ın təşkil etdiyi Xocalı qurbanlarının anım konsertlərində ilk dəfə olaraq dünya ictimaiyyətinə təqdim edilib. Bu təsirləndirici musiqi parçası balaban və başqa ənənəvi Azərbaycan nəfəs musiqi alətlərinin səsindən ibarətdir.

“Xocalı qırğını, bütün Azərbaycan xalqına ziyan vurmaqda olan Dağlıq Qarabağ münaqişəsindən doğan, Azərbaycan xalqının başına gələn ən dəhşətli hadisələrdən biridir”, - deyə P. Tiloy bildirib.

“Xocalı 613” simfoniyası əzəmətli “Victoires de la Musique Classique” mükafatının qaliblərinin yekun siyahısına daxil edilib.

 2013-cü ildə P. Tiloy Qərbi Fransada “Festival de Syam” festivalının əsasını qoyub.

Burada Azərbaycan bəstəkarlarının klassik musiqisi ilə Qərb bəstəkarlarının klassik musiqisini kombinasiyası səslənib. Heydər Əliyev Fondu tərəfindən təşkil edilən 2014-cü il festivalının 30 dan artıq konsertində azərbaycanlı və qərb musiqiçiləri tərəfindən Azərbaycan muğamı, caz muğamı və klassik musiqisi ifa edilib. P. Tiloyun səyləri zəngin Azərbaycan musiqisinin öyrənilməsinə və bu musiqi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin insanlığa mənfi təsirinin çatdırılmasına yönəlib.