İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub"

Xələf Xələfov:

20.10.2016

"Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi səbəbindən təəssüf ki, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri bu ərazidə tam yerinə yetirə bilmir".

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan 20 ildir, bu işğalı davam etdirir: “Bu il isə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Bu işğal və etnik təmizləmə  nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas insan hüquq və azadlıqlarından məhrum edilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub, insanları qətlə yetirib, hərbi cinayətlər törədib. Xocalı faciəsi baş verib. Lakin Azərbaycan münaqişəsinin sülh yolu, ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır”.