İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Kəşfiyyat-diversiya fəaliyyəti və heç bir itki olmayıb

MN: Kəşfiyyat-diversiya fəaliyyəti və heç bir itki olmayıb

21.10.2016

Trend:

Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib. Bu barədə Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir: "Bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır. Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır".