İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Komitəsi: BQXK Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı danışıqlar aparıb

Dövlət Komitəsi: BQXK Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı danışıqlar aparıb

24.07.2014

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş şəxslərlə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyi ilə bağlı bu günə qədər heç bir məlumat olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

“Bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.

Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə foto əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən birinin ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənov olduğu bildirilib. Bununla əlaqədar ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq edilib. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə kömək edici identifikasiya materiallarına ehtiyac var.

Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti İlham Əliyevin nəzarətindədir”, - deyə məlumatda bildirilir.